İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir əsgərlərimizi necə azad edək, biz də erməni əsirlər götürək? – RƏY

1012 19.04.2023 15:21 Gündəm A A

Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Armen Xaçatryan azərbaycanlı əsirlər - Aqşin Bəbirov və Hüseyn Axundovun qaytarılmasından danışıb.

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Azərbaycan hərbçilərinin istintaq bitməmiş Bakıya qaytarılmasının istisna olduğunu iddia edib.

Xaçatryan parlamentdə çıxışı zamanı bildirib: "Hətta bu əsirlərin erməni hərbçiləri ilə mümkün mübadiləsi nəzərdən keçirilsə də, əvvəlcə bütün halları araşdırmaq və yalnız bundan sonra belə razılaşmaları müzakirə etmək lazımdır".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Bəs Azərbaycan əsir əsgərlərini necə azad edə bilər?

b7f96ef10d5cf963030c9c55bcc4b2e2.jpg (82 KB)

Mövzu ilə bağlı hərbi ekspert Alp Arslan İmamqulu Musavat.com-a danışıb:

"Adətən əsirlərin qaytarılması mövcud normativlər əsasında həyata keçirilir. Bu prosesdə beynəlxalq təşkilatlar da iştirak edir. Əksər hallarda Azərbaycan və Ermənistan arasında olan əsir mübadiləsi fiziki olaraq hər iki tərəfdən əsirlərin qaytarılması və yaxud müəyyən şərtlər əsasında həyata keçirilir. Ən son əsir mübadiləsində də Azərbaycan tərəfi müəyyən şərtlər əsasında qarşı tərəfə erməni əsirləri qaytarmışdı. Təbii ki, bu gün əgər söhbət Azərbaycan əsgərindən gedirsə, onlara görə erməni terrorçularını dəyişdirmək olar, əsgərlərimiz buna dəyər. Hesab edirəm ki, əsir əsgərlərimizin geri qaytarılması yalnız bu şəkildə mümkün ola biləcək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR