İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan qarışdı: Paşinyan seçki saxtakarlığı ittihamına görə məhkəməyə üz tutdu

981 11.07.2026 12:39 Dünya A A

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasından olan keçmiş deputat Sofiya Ovsepyanı və keçmiş fraksiya həmkarı, "Maarifçi Ermənistan" partiyasının sədri Edmon Marukyanı rəsmən məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Ermənistan KİV-lərinin yaydığı məlumata görə, bu barədə rəsmi məlumatlar ölkənin "Datalex" vahid məhkəmə informasiya portalında yer alıb. Baş nazir keçmiş tərəfdaşlarının parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı irəli sürdüyü iddialara və ittihamlara qarşı hüquqi müstəvidə kəskin addım atıb.

Məhkəmə iddialarının təfərrüatlarına əsasən, Nikol Paşinyan Sofiya Ovsepyandan onun ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə rəsmən üzr istəməsini və seçkilərin saxtalaşdırılması ilə bağlı iddialarını təkzib etməsini tələb edir.

Baş nazir mənəvi zərərə görə kompensasiya qismində Ovsepyandan təhqirə görə 2 milyon dram (təxminən 5,4 min dollar), böhtana görə isə 4 milyon dram (təxminən 10,8 min dollar) olmaqla ümumilikdə 6 milyon dram təzminat istəyir.

Edmon Marukyana qarşı qaldırılan iddia sənədi isə sistemdə hələlik tam formada dərc edilmədiyi üçün konkret tələblər məlum deyil; lakin rəsmi əsas kimi Marukyanın öz teleqram kanalında seçkilərdən dərhal sonra paylaşdığı tənqidi videoçarx göstərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR