İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan dronlar alır: müharibə hazırlığı? Hərbi ekspertlə CANLI

821 25.07.2022 15:16 Gündəm A A

Ermənistan 44 günlük müharibədə darmadağın edilmiş işğalçı ordusunu bərpa etməyin yollarını axtarır. “DNA İndia” nəşri yazıb ki, Ermənistan daha çox Hindistan silahları almaq istəyir. Xəbərdə Ermənistan hərbi nümayəndə heyətinin Hindistana son səfəri zamanı əldə etmək istədiyi silahların siyahısını hindli rəsmilərə verdiyi qeyd olunub. Nəşr qeyd edir ki, müharibə Rusiya hərbi texnikasının Türkiyə silahlarına, xüsusilə Bayraktar pilotsuz aparatlarına qarşı nə qədər yararsız olduğunu göstərdi.

Siyahı haqqında çox az şey bilinsə də, ermənilərin ən çox dronların alınmasında maraqlı olduğu üzə çıxıb. Adının çəkilməsini istəməyən Ermənistan rəsmisi “Qarabağdakı müharibə bizi müdafiə ehtiyaclarımıza yenidən baxmağa məcbur etdi” deyə bildirib. Ermənistanın Hindistanın hərbi texnikasına ilk dəfə maraq göstərmir. 2020-ci ildə rəsmi İrəvan Hindistanla 4 ədəd “SWATHI” radarı üçün 40 milyon dollarlıq müqavilə imzalayıb.

TVMusavat-ın saat 15:00-da canlı efirində hərbi ekspert Azad İsazadə ilə son prosesləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR