İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin 100 il əvvəl başlatdığı təbliğatın əsas məqsədi budur - Detallar açıldı

752 08.08.2023 18:56 Siyasət A A

İctimai fəal Adnan Hüseyn tvitter hesabında 1920-ci ildə Şotland Liddell tərəfindən "The Graphic" qəzetində dərc edilən məqaləni paylaşıb.

meqale son.PNG (380 KB)

Məqalə Ermənistanın Azərbaycana qarşı təbliğatı, ərazi iddiaları, yalanları və təcavüzü barədədir. Bu da bir daha ermənilərin türklərə qarşı nifrətinin bir əsrdən artıqdır ki, dəyişməz olaraq qaldığını sübut edir.

 

sehla son.jpg (273 KB)

 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, ermənilərin müsəlman-türk nifrətləri olduqca dərindir və tarixin 100 illər öncəki dərin qatlarında anti-türk terrorist və təbliğatçı fəaliyyətlərlə müşayiət olunub.

Ekspert qeyd edib ki, bu işdə onların təşkilatları mühüm rol oynayıb:

"Xüsusilə, XIX əsrin sonunda ermənilərin millətçi təşkilatları yaranmağa başlamışdı, məsələn, Armenakan (1885), Hunçak (1887), Erməni İnqilabi Federasiyası – başqa adı Daşnaksütyun (1890), Yeni Hunçak (1896), Ramkavar (1907). Bu təşkilatların əsas məqsədi Osmanlı dövlətinin dağıdılması, ermənilər yaşayan bölgələrdə azad erməni dövlətinin qurulması, əsas fəaliyyəti isə terror və yerli erməni üsyanlarının təşkili idi. Bu təşkilatlar dünyanın müxtəlif ölkələrinə yayılaraq xüsusilə İngiltərə, Fransa, ABŞ-da geniş fəaliyyət göstərirdi. Təbii olaraq onların missiyasına həm də Qarabağ və Zəngəzurda kompakt yaşayan ermənilər üçün "dövlət" inşa etmək, bu məqsədlə bu torpaqların əzəli sahiblərinə qarşı üsyanlar təşkil etmək, işğal-terror həyata keçirmək, bütün bunları pərdələmək üçün isə öz propaqanda maşınlarından istifadə etmək idi. Maraqlıdır ki, bu məqalənin yazarı olan Şotland Liddell ingilis oxucusuna həqiqəti çatdırmağa çalışır. O, erməni propaqandasının Avropa və Amerikada çox güclü işlədiyini qeyd edir, lakin əsl həqiqəti özünün bildiyini və oxucularına çatdırmaq istədiyini vurğulayır. Tarixən ermənilər özlərinin Qarabağ və Zəngəzurda say üstünlüyünə sahib olduğunu iddia edərək, bu fonda guya bölgədə üstün haqlara sahib olmağı tələb edib və propaqandalarını bu yöndə təşkil ediblər. Linddell isə professor Şepotifə istinadən vurğulayır ki, 1920-ci ildə Qarabağda 415 min nəfər azərbaycanlı, 170 min erməni yaşamaqda idi, sadəcə azərbaycanlıların sayca azalmasında onlara qarşı törədilən qırğınların böyük rolu olub. O, elə 1920-ci ilin mart qırğınını misal gətirərək, burada 40-dan çox kəndin ermənilər tərəfindən viran qoyulduğunu yazır.

O, həm də 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması əldə olunduğunu xatırladır. Azərbaycan tərəfi qoşunları Zəngəzurdan çəksə də, ermənilər öz həmişəki mənfur davranışlarını nümayiş etdirərək azərbaycanlıları qırmışdılar. Beləliklə, bu həqiqətlərin hələ 20-ci əsrin əvvəllərində Avropada bilindiyi, etiraf olunduğu qeyd olunmalıdır. 21-ci əsrin 20-ci illərində Avropada və Amerikada hələ də erməni təbliğatının işləməsi bu sahədə ciddi işlərin aparılmasına ehtiyac olduğunu göstərir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR