İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Laçını viran qoyur, sülhməramlılar göz yumur – ordumuz təcili girsinmi? – Əvəz Zeynallı ilə “Canlı debat”

847 06.07.2022 11:48 Gündəm A A

Laçında ermənilərin İrəvanla əlaqəsi üçün inşa edilən yolun yaxın günlərdə istifadəyə veriləcəyi barədə xəbərdən sonra separatçılar, işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılan ermənilər Laçını viran qoymağa başlayıblar. Belə ki, yeni yolun istifadəyə verilməsindən sonra 10 noyabr bəyanatına uyğun olaraq, ənənəvi Laçın dəhlizi və Laçın şəhərinin mərkəzi, habelə ermənilərin qanunsuz məskunlaşdırıldığı kəndlər Azərbaycanın nəzarətinə veriləcək. Ermənilər öncə heç yerə getməyəcəklərini desələr də, son günlərdə digər xəbərlər gəlir: - Zor-xoş Laçından çıxacaqlarını bilən ermənilər Laçındakı evləri, meşələri, obyektləri yanıdırırlar. Buna dair kifayət qədər videofaktlar da var. Hansı ki, o mülklər azərbaycanlılara məxsusdur.

Ermənilər eyni yaramazlığı Kəlbəcəri təhvil verən ərəfədə də etmişdilər. Sülhməramlılar onda da göz yummuşdu. Indi Laçında da adekvat – seyrçi davranırlar. Belə olan təqdirdə Azərbaycan ordusunun mülklərimizi, təbiətimizi məhv olmaqdan qorumaq üçün Laçında təcili əməliyyatlara başlaması çağırışları edilir. Bunun üçün kifayət qədər əsaslar var. Proses yaxın günlərdə başlaya bilərmi? Ümumən mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır? Dünya və maraqlı güclər baş verənlərə göz yumursa, bizim çıxış yolumuz nədir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR