İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni KİV-dən şok iddia: Araik buna hazırlaşır - Video

935 03.08.2023 15:31 Siyasət A A

Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri, separatçı Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın üzdə əleyhinə olsa da, onun gizli tərəfdarlarından biridir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Arutyunyan reallığı təqdim edərək və mötərizələr açaraq, “artsax” teleşirkətinə eksklüziv müsahibə verəcəyini açıqlayıb. Bəziləri hesab edir ki, bu bəyanat və son addımları Arutyunyanın Azərbaycanla dialoqda bəzi məsələlərdə güzəştə getməyə hazır olduğunu göstərir. Artıq Rusiyanın dəstəyinə heç bir ümidləri olmadığı üçün başa düşürlər ki, Qarabağda qalan ermənilərlə nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər”, - məlumatda deyilib.

Qeyd olunur ki, separatçılar yaxın gələcəkdə bu istiqamətdə müzakirə və qərar verəcək başqa bir “qurum” yaradacaqlar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR