İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan TAPŞIRIQ vermişdi -68 nəfər saxlanıldı, 76 milyard isə...

1089 10.07.2026 13:23 Son xəbər A A

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc, onlayn qumar və çirkli pulların yuyulmasına qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 68 şübhəli saxlanılıb.

Musavat.com xəbər verir ki, istintaq zamanı ümumi həcmi 76 milyard 284 milyon 877 min 311 türk lirəsi olan maliyyə əməliyyatları müəyyən edilib.

Türkiyə mətbuatının məlumatına görə, əməliyyat İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosunun koordinasiyası ilə Kiber Cinayətkarlıqla Mübarizə İdarəsi və İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

İstintaq "cinayətkar birlik yaratmaq", "qanunsuz mərc oyunlarının təşkili", "informasiya sistemlərindən istifadə etməklə dələduzluq", "çirkli pulların yuyulması" və digər cinayət faktları üzrə aparılıb.

Araşdırma zamanı Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatları, bank əməliyyatları, rəqəmsal materiallar və kriptoaktivlərin təhlili əsasında şübhəlilərin mütəşəkkil cinayətkar qrup kimi fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlumata görə, qanunsuz yolla əldə edilən vəsaitlər əvvəlcə müxtəlif bank hesablarına köçürülüb, daha sonra isə kriptovalyuta platformaları vasitəsilə USDT-yə çevrilərək xaricdəki rəqəmsal cüzdanlara göndərilib. İstintaq materiallarında bunun maliyyə vəsaitlərinin izini itirmək məqsədi daşıdığı qeyd olunur.

Bank qeydlərinə əsasən, şəbəkənin ümumilikdə 100 min 25 maliyyə əməliyyatı həyata keçirdiyi və bu əməliyyatların ümumi həcminin 76,2 milyard türk lirəsini keçdiyi müəyyən edilib.

Ədliyyə naziri Akın Gürlek əməliyyatla bağlı açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında qanunsuz mərc, çirkli pulların yuyulması, narkotik dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin qətiyyətlə davam etdirildiyini bildirib.

Hazırda saxlanılan 68 nəfərlə bağlı istintaq davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR