İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ bazalarının yanacaq ehtiyatlarını hədəf alıb: Hamısının məhv olduğu iddia edilir

469 15.07.2026 08:13 Dünya A A

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki bazasında yerləşən 5-ci Donanmasına məxsus yanacaq çənlərinin məhv edildiyini iddia edir.

Musavat.com xəbər verir ki, məlumatı Fars agentliyi yayıb.

Agentliyin məlumatına görə, SEPAH komandanlıq və idarəetmə mərkəzinə, ehtiyat hissələri və hərbi texnika üçün böyük anbarlara və bazanın yanacaq çənlərinə zərbə endirib.

Fars həmçinin ABŞ Silahlı Qüvvələrinin Küveytin Mina Abdullah bölgəsindəki logistika və dəstək mərkəzinin raket zərbəsinə məruz qalaraq məhv edildiyinə dair məlumat yayıb.

Zərbələrin digər hədəfi ABŞ-ın İordaniyadakı Əl-Əzraq Hava Bazası olub. Bildirilir ki, zərbələr F-18 qırıcı təyyarələrinin yerləşdirildiyi ərazilərə və ABŞ hərbi texnikasının yerləşdiyi böyük anqarlara dəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR