İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq hakimiyyəti İranyönümlü silahlı qüvvələri tərksilah etməlidir – Heqset

394 15.07.2026 08:26 Dünya A A

İraq hakimiyyəti bu ölkədəki iranyönümlü hərbi qüvvələrin tərksilah olunmasını təmin etməlidir.

Musavat.com xəbər verir ki, bunu ABŞ Müdafiə Naziri Pit Heqset X-də yazıb:

"Bu gün Pentaqonda İraqın Baş naziri Əli əl-Zeydini qəbul etdim. Tərəfdaşlığımızı gücləndirmək üçün İraq suverenliyini gücləndirməli və bu yaz Amerika heyətinə qarşı 600-dən çox hücumda məsul olan İranpərəst milisləri tərksilah etməlidir".

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ həmçinin kürd milisləri də daxil olmaqla İraq təhlükəsizlik qüvvələrinin İslam Dövlətinə (İŞİD) qarşı mübarizədə "əsas rol oynamasını" gözləyir.

ABŞ prezidenti Donald Tramp əvvəllər əl-Zeydini Ağ Evdə qəbul etmişdi. Amerika liderinin görüşdə qeyd etdiyi kimi, ABŞ hesab edir ki, Amerika qoşunlarının İraqa yerləşdirilməsi artıq zəruri deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR