İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevin mesajı Xankəndini silkələdi: Arutyunyan təcili HƏRƏKƏTƏ KEÇDİ - Elxan Şahinoğlu ilə "Canlı debat"

1815 19.04.2023 11:34 Gündəm A A

Xankəndidəki separatçılar arasında gərginlik pik həddə çatıb. Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, xüsusilə gərginlik Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanla artıb.

Belə ki, aprelin 16-da Babayan Xankəndidə “hökumət əleyhinə” “Ümid” akt zalında toplantı keçirib. Toplantı zamanı iştirakçılar arasında toqquşma yaşanıb. Vəziyyət o həddə çatıb ki, tərəflər bir-biri ilə əlbəayaxa davaya çıxıblar. Bunun nəticəsində isə Babayanın partiyasından olan deputat Seyran Ayrapetyan bıçaqlanıb.

Qeyd edək ki, Babayan bundan öncə qondarma rejimdə etiraz aksiyalara başlayacağını bildirib. O həmçinin Araik Arutyunyan və komandasının separatçıları çətin vəziyyətə saldığını, Bakı ilə danışıqların başlanması gərəkdiyini deyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə təhlil edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR