İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevdən sərt xəbərdarlıq: “Peşman olacaqlar...” - Hərbi analitiklə CANLI

519 27.06.2022 14:49 Gündəm A A

“Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır. İtki verəndən sonra 5-6 gün sakitçilikdir.
Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikirimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində belə deyib.

Azərbaycan Prezidenti isə Ermənistana xəbərdarlıq edib: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq.

Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Bu mesajlar yeni müharibə siqnalıdırmı? TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində hərbi ekspert Ədalət Verdiyevlə bu mövzuda müzakirə aparırıq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR