İnsanlara hürriyət, millətlərə istiqlal!

“Düzdür, Makron yazıb-oxumağı bacarır, amma…”

392 26.12.2023 14:43 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Sahib Alıyev iki gün öncə cənab Prezidentin öz doğum günündə Ağdam rayonunda etdiyi açılışlardan və təməlqoymalardan bəhs edib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, aparılan quruculuq işləri hələ başlanğıc mərhələsində olsa da, Ağdamın qərbin öndə gedən dövlətlərindəki əyalət mərkəzlərindən nə gözəllik, nə infrastruktur, nə də funksionallıq baxımından geri qalmayacağı indidən görünür:

“Amma qəribədir ki, elə həmən qərbdə bir çoxları torpaqlarımızın işğaldan qurtarmasını arzulamadıqları kimi Ermənistanı revanşizmə həvəsləndirməklə, Ağdamın da onu Akna adlandıranların saldıqları vəziyyətdə, yəni “Qafqazın Xirosimasi” olaraq qalmasını istədiklərini gizlətmirlər. Belələrinin ayağında Fransa gəlir ki, oradakıların bizə düşmən kəsilməsi bir yana, görün nə qədər cılızdırlar ki, Evian Lö Ben şəhərindəki Azərbaycan bağının adını ləğv etmələri azmış kimi Xurşidbanu Natəvanın heykəlini hədəfə götürüblər. Yazıqlar olsun, budur bunların mədəniyyəti!”

Deputat qeyd etdi ki, Fransa deyəsən yenidən öz qaranlıq və sözün hər anlamında üfunətli keçmişinə dönməklə yanaşı Xan qızının qəbrini dağıdan hay vandallarıyla eyni dalğada olduğunu, böyük bacılığını bunda da göstərir:

sahib (1).jpg (287 KB)

“Üfunətli keçmiş deyərkən mənim yadıma 11-ci əsrdə səlibçiliyin təzə baş qaldırdığı dövrlərdə Fransa kralı birinci Anrinin xanımı Anna Kiyevskayanın atası Yaroslav Mudrıya göndərdiyi məktub düşdü. O məktubda qeyd edilirid ki, Kralın üfunət iyi verən sarayında oxumağa nə bir kitab var, nə də musiqi alətlərində ifa edə biləcək adam. Kral özü isə savadı olmadığından imza əvəzinə sadəcə xaç şəkili çəkir. Düzdür, prezident Makron yazıb-oxumağı bacarır, amma bir sıra hərəkətləri ilə Kral Anridən elə də çox fərqlənmədiyini ortaya qoyur. Onun əyləşdiyi Yelisey sarayı isə yenə üfunət iyi verir, oradakı kabinetlərdən ksenofobiya, islamafobiya qoxusu gəlir. Küçələrində siçovullar dolaşan, seqraqasiya prinsipi əsasında kvartallara bölünən Paris də bütövlükdə onun kimi iy-qoxu içindədir. Yeri gəlmişkən, mən sosial şəbəkədə arada gənclərimizon sevgi şəhəri adlandıraraq həmən Parisdən fotolar paylaşdıqlarını görürəm. Ancaq istərdim bilsinlər ki, Avropada Parisə sevgi şəhəri deyəndə tamam başqa şeylər nəzərdə tutulurdu. Söhbət o Parisdən gedir ki, 1945-ci ildə oradakılar öz qadınlarının başlarını qırxmaqla namuslarını yuduqlarını, Hitler Almaniyadından qisas aldıqlarını deyirdilər. Və belə qadınların sayı yüz mini ötürdü”.

S.Alıyev yekunda maraqkı xitabını da səsləndirib:

“Əziz gənclər, bilin ki, əsl sevgi şəhəri məhz Şuşadır. Məhz ana adlandırdığımız Vətənə böyük sevginin nəticəsi idi ki, ər oğullarımız dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq Şuşa əməliyyatı keçirdilər. Əgər öz xanmlarınıza sevginizin böyüklüyünü göstərmək istəyirsinizsə onları Parisə yox, Şuşaya aparın. Və Natəvanın oradakı heykəlinə baş çəkməyi də unutmayın!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR