Seneqal Futbol Federasiyasının (FSF) prezidenti Abdoulaye Fall DÇ-2026-da milli komandanın baş həkimi olan Əbdürrəhman Fediorun ixtisasca ginekoloq olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Emedia" portalı məlumat yayıb.
"Bizim ştatlı həkimimizin oyunçularımızı müşayiət etmək üçün müvafiq ixtisası yoxdur. Doktor Fedior ixtisasca ginekoloqdur, mən bu barədə çox gec xəbər tutmuşam. Aldığım rəylərə görə, futbolçular müntəzəm olaraq onunla işləmək üçün ona kifayət qədər etibar etmirdilər. Onları sakitləşdirmək üçün sınanmış mütəxəssis tapmalı idik, çünki sağlamlıq hər şeydən üstündür", - deyə Fal bildirib.
DÇ-2026-da Seneqal millisi 1/16 final mərhələsində Belçika yığmasına uduzaraq (2:3, ə.v.) turnirdən kənarlaşıb. Qeyd edək ki, seneqallılar 86-cı dəqiqəyədək 2:0 hesabı ilə öndə idilər. Turnirdən kənarlaşdıqdan sonra baş məşqçi Pap Tiav komandanı tərk edib. Həmçinin 2016-cı ildən bəri milli komandada çalışan Fedior ilə də müqaviləyə xitam verilib.

Musavat.com






