İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldə Azərbaycana qarşı növbəti informasiya hücumu

695 14.07.2026 21:32 Dünya A A

Brüsseldə Bakıda həbsdə olan erməni terrorçularının müdafiəsi ilə bağlı növbəti tədbir keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ermənistanın maraqlarını müdafiə edən təşkilatlar və onlara yaxın Avropa Parlamentinin bəzi deputatları həmin şəxsləri "siyasi məhbus" kimi təqdim etməyə çalışıblar.

Qeyd olunur ki, "Ermənilərin Bakıda siyasi məhbus (tədbir təşkilatçılarına görə terroçular belə adlanır-red.) saxlanılması və Avropa İttifaqının müdaxiləsinin zəruriliyi" adlı konfrans Brüsseldə təşkil olunub.

Tədbirin təşkilatçıları Avropa Parlamentinin deputatları Kostas Mavrides (Kipr) və Miriam Leksman (Slovakiya) olub. Konfransın təşkilinə Ermənistan İnqilabi Federasiyasının ("Daşnaksütyun") Avropa üzrə "Hay Dat" ofisi dəstək verib.

Konfransda Azərbaycanda saxlanılan ermənilərin "girov" və "siyasi məhbus" olduqları iddia edilib. Tədbirdə qondarma rejimin keçmiş "parlament sədri" David İşxanyanın oğlu da iştirak edib.

Qeyd edək ki, söhbət Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qondarma rejimin keçmiş rəhbərləri və digər şəxslərdən gedir. Onlar Azərbaycanda müharibə cinayətləri, terrorçuluq, qanunsuz silahlı birləşmələrin yaradılması və digər ağır cinayətlər ittihamları ilə mühakimə olunurlar. Rəsmi Bakı haqlı olaraq bu şəxslərin "siyasi məhbus" kimi təqdim edilməsini rədd edir və onların beynəlxalq hüquqa uyğun şəkildə məhkəmə qarşısına çıxarıldığını bildirir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR