İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Belçika ABŞ-ı darmadağın etdi – Azarkeşlər ayağa qalxdı  

1881 07.07.2026 08:13 İdman A A

ABŞ milli komandası Dünya Kubokunun 1/8 final mərhələsində evdə Belçikaya məğlub olub.

Musavat.com
xəbər verir ki, beləliklə, Belçika dördüncü dəfə və 2018-ci ildən bəri ilk dəfə dörddəbir finala yüksəlib.

Oyun ABŞ-ın Sietl şəhərində baş tutub və Belçikanın xeyrinə 4-1 hesabı ilə başa çatıb. Qələbə üçün Şarl de Ketelaere iki qol vurub (9-cu, 33-cü dəqiqə), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) isə hərəyə 1 qol vurublar. Amerikalılardan Malik Tillman (31) fərqlənib.
Vaşinqtondakı fan zonasındakı azarkeşlər məğlubiyyətə qəzəblə reaksiya verərək sonra şüşələr atıb və fit çalıblar.

Belçika komandası 10 iyulda Kaliforniyanın İnqlvud şəhərindəki Los-Anceles stadionunda İspaniya ilə dörddəbir finalda oynayacaq.

Qeyd edək ki, oyundan əvvəl ABŞ komandası ətrafında mübahisə yaranmışdı. FİFA İntizam Komitəsi amerikalıların ən çox qol vuran oyunçusu Folarin Balogunun Belçika ilə oyunda qırmızı vərəqə aldığı üçün cəzalandırılması şərtini sınaq müddəti ilə əvəz etdi. Sonradan məlum oldu ki, qərar birbaşa ABŞ prezidenti Donald Trampın FİFA rəhbərliyinə zəngindən sonra qəbul edilib.

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı FİFA prezidenti Canni İnfantinoya zəng etdiyini, lakin nə etməli olduğunu demədiyini bildirib. İBelçika federasiyası, UEFA və tanınmış futbol xadimləri Balogunun matçda iştirakına qarşı çıxmışdılar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR