İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıdılmış şəhərlər üçün Ukraynaya 500 milyard, Qarabağ üçün Azərbaycana...

14205 05.07.2022 01:09 Gündəm A A

Deputat: "Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir"

Tanınmış iqtisadçı -alim, millət vəkili Vüqar Bayramov maraqlı bir məqalə ilə çıxış edib.

Musavat.com həmin məqaləni təqdim edir:

"İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı donor konfransı keçirildi. İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər. İnfrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir.

Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur. Qeyd edək ki, 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri isə 42 milyard olub. Rusiya-Ukrayan müharibəsindən sonra qrivnanın dəyirsizləşməsi və savaşın real sektorunda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollar və real ifadədə kəskin pisləşib.

Ukraynanın bərpası üçün yardımın nəzərdə tutulması və donor konfransının keçirilməsi təqdirəlayiq haldır. Azərbaycan da Ukraynaya humanitar yardım edən ölkələrdəndir. Savaş başladıqdan sonra Azərbaycan humanitar dəstək ilə yanaşı, Ukraynada təcili yardım maşınlarını da pulsuz yanacaqla təmin edirdi.

Vüqar Bayramov: “Azad edilmiş ərazilərin bərpası bir neçə ili əhatə edəcək”

Vüqar Bayramov

Ölkəmizin ərazisinin 20 faizə yaxını müharibə nəticəsində tamamilə dağıdılıb. 30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın barbarcasına mənimsənilməsi Azərbaycana milyardlarla ziyan vurub. Hazırda dəymiş ziyanın konkret məbləği hesablanıb yekunlaşmaq üzrədir. Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb. Azərbaycan heç bir xarici yardım olmadan azad olunan əraziləri bərpa edir və yenidən qurur.

Bununla yanaşı, Ermənistan işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət böyükdür və bu isə o deməkdir ki, bərpa prosesi böyük vəsait tələb edəcək. Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir. Halbuki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına olacaq dəstək eyni zamanda regionadakı təhlükəsizliyin formalaşması və güclənməsi baxımdan da vacibdir".

 

Musavat.com

photo_2022-07-05_01-05-51 (2).jpg (79 KB)

photo_2022-07-05_01-05-51.jpg (56 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR