İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Yaponiyaya ağır iqtisadi zərbə: "Mitsubishi" və "Fujitsu" bloklandı

1293 29.06.2026 12:58 Dünya A A

Şərqi Asiyanın iki nəhəng iqtisadiyyatı arasında geosiyasi gərginlik rəsmən ticarət müharibəsi müstəvisinə keçib. Çin Xalq Respublikası Yaponiyanın aparıcı sənaye və texnologiya nəhənglərinə qarşı genişmiqyaslı ixrac məhdudiyyətləri tətbiq edib.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın "Reuters" agentliyinin yaydığı məlumata görə, Çinin Kommersiya Nazirliyi Yaponiyanın 20 tanınmış şirkət və strukturunu hərbi və mülki təyinatlı (ikitəyinatlı) məhsulların ciddi ixrac nəzarəti siyahısına daxil edib. Qəbul edilmiş rəsmi qərara əsasən, bundan sonra Çin şirkətlərinə hökumətin xüsusi icazəsi olmadan həmin Yaponiya təşkilatlarına ikitəyinatlı malların, xüsusilə strateji xammal və texnologiyaların tədarükü tamamilə qadağan olunub. Rəsmi Pekin bu sərt addımı Tokionun son dövrlər nümayiş etdirdiyi "remilitarizasiya" (yenidən silahlanma və hərbiləşmə) kursu və hərbi büdcəsini artırması ilə əsaslandırıb.

Çinin qara siyahısına salınan subyektlər arasında Yaponiyanın müdafiə sənayesinin əsas beyin mərkəzi hesab olunan Yaponiya Müdafiə Araşdırmaları İnstitutu, həmçinin dünya şöhrətli "Mitsubishi", "Komatsu" və "Fujitsu" korporasiyalarının törəmsə strukturları yer alır. Beynəlxalq analitiklər bu addımın Yaponiya sənayesinin tədarük zəncirinə ciddi zərbə vuracağını və regionda hərbi-siyasi rəqabəti daha da kəskinləşdirəcəyini proqnozlaşdırırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR