İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov İshaq Darla beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

619 26.05.2026 21:39 Siyasət A A

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Tərəflər Azərbaycan–Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini və qardaşlıq əlaqələrini vurğulayıblar", - XİN-in məlumatında bildirilib.

Həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR