İsrailin dövlət teleradio şirkəti "Kan"ın yaydığı məlumata görə, rəsmi Təl-Əviv ABŞ və İran arasında əldə olunan pərdəarxası saziş fonunda Cənubi Livandakı hərbi hücum əməliyyatlarını tamamilə dayandıra bilər.
Musavat.com xəbər verir ki, yayılan məlumatda o da xüsusi olaraq vurğulanır ki, hücumların dayandırılmasına baxmayaraq, İsrail hələlik öz qoşunlarını Livan ərazisindən çıxarmağı planlaşdırmır. Ordunun ordan tamamilə təxliyə edilməsi və qoşunların geri çəkilməsi məsələsi hər hansı üçüncü tərəf vasitəsilə deyil, birbaşa Livanın paytaxtı Beyrutdakı rəsmi hakimiyyət orqanları ilə birbaşa danışıqlar masasında müzakirə olunacaq.
Bölgədə gərginliyi azaldacaq bu addım qlobal miqyasda böyük diqqətlə izlənilir.
Musavat.com






