İnsanlara hürriyət, millətlərə istiqlal!

İllərdir danışılan fotonun sirri AÇILDI: Messinin qucağındakı uşaq Lamin Yamaldır

569 18.07.2026 14:57 İdman A A

Dünya çempionatının finalından əvvəl Lionel Messinin illər əvvəl çəkilmiş körpə ilə şəkilləri yenidən ortaya çıxıb. Sosial mediada müzakirələrə səbəb olan şəkillərdəki körpənin UNICEF tərəfindən rəsmi olaraq ispaniyalı ulduz Lamine Yamal olduğu təsdiqlənib. 

Şəkillər 2007-ci ildə UNICEF və Barselona Fondunun birgə ianə toplama kampaniyasının bir hissəsi olaraq çəkilib. 

Dünya çempionatının finalına çıxan İspaniya və Argentinanın iyulun 19-da qarşılaşması, Lionel Messi və Lamin Yamalın illər əvvəl çəkilmiş şəkillərini yenidən diqqət mərkəzinə gətirib. Sosial mediada tez bir zamanda yayılan şəkillər, Messinin qucağındakı körpənin Lamin Yamal olduğu iddiaları ilə böyük diqqət çəkib. 

Fotolarla bağlı mübahisələrdən sonra UNICEF onların həqiqiliyini təsdiqləyən rəsmi açıqlama yayıb. 

"Bəli, gördüyünüz fotolar realdır. 18 ildən çox əvvəl Lamin Yamal körpə ikən Lionel Messi ilə anası Şeyla ilə UNICEF-in xeyrinə təşkil edilmiş fotosessiyada tanış olub", - bəyanatda vurğulanır. 

UNICEF həmçinin həm Messi, həm də Lamin Yamalın bu gün UNICEF-in xoşməramlı səfirləri kimi uşaqların həyatını yaxşılaşdırmaq üçün çalışdıqlarını vurğulayaraq bildirib:

"Onların meydandakı uğurları milyonlarla insana ilham versə də, meydandan kənarda da uşaq hüquqlarını müdafiə etmək üçün səslərindən istifadə edirlər. Hər bir uşağın sağ qalmasını, inkişaf etməsini və potensialına çatmasını təmin etmək üçün birlikdə çalışırıq. Onları komandamızda görməkdən qürur duyuruq".

Sözügedən fotolar 2007-ci ilin dekabr ayında UNICEF və Barselona Fondu tərəfindən birgə təşkil edilən ianə toplama kampaniyasının bir hissəsi olaraq çəkilib. Fotoqraf Coan Monfor izah edib ki, Yamalın ailəsinin yaşadığı məhəllədə lotereya keçirilib və qalib ailə fotosessiyada iştirak edib. Çəkiliş zamanı Lionel Messi 20 yaşında idi. Cəmi 5 aylıq olan Lamin Yamal anası Şeyla Ebana ilə kamera qarşısına keçib. 

Yamal: ümid edirəm finalda görüşəcəyik

İspaniya Dünya çempionatının finalına yüksəldikdən sonra Lamin Yamala illər əvvəl Messi ilə çəkilmiş şəkillər göstərilib. Gənc ulduz deyib: "Bəli, mən bir az böyümüşəm və düşünürəm ki, Leo da böyüyüb. Ümid edirəm ki, bu baş verəcək. Dünya çempionatının finalında Messi ilə qarşılaşmaq istərdim". 

Beləliklə, UNICEF tərəfindən illərdir yayılan şəkillərdəki körpənin həqiqətən Lamin Yamal olduğu təsdiqlənib.//Lent.az
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR