İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə çalışan dörd gəminin tutulduğunu elan edib.
Musavat.com xəbər verir ki, məlumatı Fars Agentliyi yayıb: "Son bir neçə saat ərzində ABŞ ordusunun dəstəyi ilə dörd gəmi Hörmüz boğazından keçməyə cəhd edib. Hər dörd gəmi raket və dronlardan istifadə etməklə keçirilən əməliyyat zamanı dayandırılıb".
Qeyd edək ki, bundan əvvəl SEPAH iki neft tankerinin minalarla örtülmüş marşrutla Hörmüz boğazından keçməyə cəhd etdiyinə və nəticədə onların partladığına dair məlumat yaymışdı. Lakin ABŞ Mərkəzi Komandanlığı(CENTCOM) məlumatı təkzib edərək, SEPAH-ın Hörmüzdən keçən tankerləri qorxutmaq üçün qəsdən yalan məlumat yaydığını açıqlayıb.
Beynəlxalq dəniz müşahidə qurumları da son 24 saat ərzində Hörmüzdə hər hansı tankerin minaya düşmə və ya digər səbəbdən yanması faktını qeydə almayıb.
Musavat.com






