İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ətrafında görünməmiş FƏLAKƏT: PAYTAXT QARANLIĞA QƏRQ OLDU - VİDEO

543 18.07.2026 14:31 Dünya A A

Rusiya telegram kanalları və sosial şəbəkə seqmentlərində gecə saatlarında neft bazası və "Wildberries" logistika mərkəzinə təşkil edilən dron hücumundan sonra Moskva vilayətini bürüyən qatı qara tüstü buludlarının videoları yayılıb.

Musavat.com xəbər verir ki, hadisənin miqyası olduqca böyükdür.

Peyk görüntülərinə əsasən, tüstü mənbəyi Noqinsk rayonu yaxınlığında qeydə alınıb. Qatı tüstü kütləsi cənub istiqamətinə doğru yayılaraq Domodedovo hava limanı yaxınlığındakı ərazilərə qədər çatıb.

Şahidlərin sözlərinə görə, göyə ucalan qatı tüstü onlarla kilometr məsafədən aydın şəkildə görünür. Təşviş doğuran bu mənzərəni Domodedovo, Serqiyev Posad, Yeni Moskva və Moskva vilayətinin digər yaşayış məntəqələrinin sakinləri müşahidə edirlər.

Xatırladaq ki, daha əvvəl iyulun 18-nə keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) Moskva ətrafındakı neft bazasına və "Wildberries" logistika mərkəzinə hücum etdiyi, nəticədə hər iki obyektdə irimiqyaslı yanğınların başladığı barədə məlumat yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR