İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ərzaq qıtlığı ilə üz-üzə: Müharibəyə görə çörək tapmayacağıq?

285 18.07.2026 13:07 İqtisadiyyat A A

Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə kəskinləşməsi taxıl və müxtəlif növ maye yağların tədarükündə axsamalar yaradıb.

“Mən qıtlıq təhlükəsinin baş verəcəyini gözləmirəm. Ancaq Qara dənizdə müşahidə olunan qeyri-stabil vəziyyət bazar qiymətlərinə təsir etmək gücündədir”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı İlham Şaban deyib.

O bildirib ki, 2022-ci ildə qlobal tədarük zəncirində axsamalara görə yaranmış vəziyyəti indiki ilə müqayisə etmək, hətta yanaşı qoymaq düzgün olmaz:

“Çünki qiymətlər birjalarda təyin edilir. Birjalar fiziki olaraq, hansısa məhsulun qıtlığını, yaxud onun ticarət zəncirinin pozulmasını deyir. 2022-ci ildən dünya artıq bu vəziyyətə öyrəşib. usiyanın neft və qaz ixracına qoyulan sanksiyalar fonunda, enerji istehlakçısı ölkələr özlərinə alternativlər tapmağı bacardığı kimi”.

İ.Şabah əlavə edib ki, Rusiya taxıl istehsalını alternativ olaraq, Baltik dənizindən və Uzaq Şərqdən tədarük zənciri qura bilər:

“Xatırlayırsınızsa, 2022-ci ildə Rusiya və Ukrayna arasında münaqişə başlayanda enerji qiymətləri pik həddə çatmışdı. Amma bu ilin əvvəlində Hörmüz boğazında baş verən hərbi toqquşmalardan sonra neft qiymətləri nə 200, nə də 250 dollara qalxdı. Artıq bazar bu vəziyyətə öyrəşib və ekstrimal hallarda alternativlər tapır.

Bu baxımdan, bazarda ərzaq məhsullarının ilkin olaraq emosional qiymət artımı olsa da, tədricən öz məcrasına qayıdacaq”.

Xatırlatma: 2025-ci ildə yerli istehsalın dəstəklənməsi və diversifikasiya siyasəti nəticəsində Azərbaycanın Rusiyadan taxıl (buğda) idxalında əvvəlki illərlə müqayisədə təqribən 82% civarında kəskin azalıb. Ölkə əsas taxıl tələbatını təmin etmək üçün idxal mənbələrini şaxələndirərək əsasən Qazaxıstan və digər alternativ bazarlara üstünlük verib.

Eyni zamanda, 2025-ci il ərzində Ukrayna məhsullarının Azərbaycana tədarükü artıb. Buğda idxalının əsas hissəsi ənənəvi olaraq Rusiya və Qazaxıstanın payına düşsə də, Ukraynadan taxıl və yağ tədarükündə sabit artım tendensiyası davam edib. Azərbaycanın ümumi ərzaq idxalında Ukrayna məhsulları mühüm yer tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR