İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmisi BMT-ni ittiham etdi

319 18.07.2026 12:12 Siyasət A A

BMT Təhlükəsizlik Şurası ABŞ İranda mülki infrastruktura hücum edərək müharibə cinayətləri törətdiyi bir vaxtda fəaliyyətsizlik nümayiş etdirir.

Musavat.com xəbər verir ki, bunu İranın BMT-dəki DaiminNümayəndəsi Əmir Səid İrəvani təşkilatın Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda qeyd edib: "Təəssüf ki, Təhlükəsizlik Şurasının davamlı hərəkətsizliyi səbəbindən ABŞ BMT Nizamnaməsini və beynəlxalq hüququ, xüsusən də beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq İran xalqına qarşı yeni təcavüz aktları və müharibə cinayətləri törədir".

İranlı diplomat vurğulayıb ki, ABŞ körpülər və dəmir yolları da daxil olmaqla "qəsdən mülki şəxsləri və mülki obyektləri hədəf alır". Sənəddə deyilir: "İran Təhlükəsizlik Şurasını Nizamnamə çərçivəsində beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün fundamental məsuliyyətini yerinə yetirməyə və ABŞ-ın təcavüzünə son qoymaq və bütün ciddi pozuntulara görə məsuliyyəti təmin etmək üçün təcili tədbirlər görməyə çağırır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR