İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya fond bazarı 30 ilin ən ağır çöküşünü yaşayır

494 18.07.2026 12:00 İqtisadiyyat A A

Rusiya fond bazarı 1997-ci ildən bəri ən davamlı eniş dövrünü yaşayır

Musavat.com xəbər verir ki, Moskva Birjası İndeksi ardıcıl 18 həftədir ki, rekord səviyyədə azalır. Birja həftəni 2022-ci ilin oktyabr ayından bəri ən aşağı göstərici olan 1958 balla bitirib, indeks aprelin əvvəlindən bəri təxminən 30 faiz itirib.

Son bir ay ərzində Qazprom, VTB, Norilsk Nikel, MTS, Aeroflot və digər böyük şirkətlərin səhmləri 20-50 faiz ucuzlaşıb. Analitiklər hesab edirlər ki, əsas investorlar Rusiya aktivlərini kütləvi şəkildə satmağa davam edirlər.

Bloomberg bundan əvvəl Rusiya milyarderlərinin iqtisadiyyatın daha da pisləşməsindən, bank sistemindəki problemlərdən və aktivlərin mümkün müsadirəsindən qorxaraq kapitallarını xaricə kdaşıdıqlarına dair məlumat yayıb. Agentliyin mənbələrinə görə, söhbət qısa müddətdə çıxarılan on milyardlarla dollardan gedir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR