İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqasında nəhəng duel: "Bayern" ── PSJ VİDEO

2667 06.05.2026 23:17 İdman A A

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulur.

Musavat.com xəbər verir ki, cavab oyununda Almaniyanın "Bayern Münhen" klubu Fransanın PSJ komandasını qəbul edir.

Parisdə keçirilən ilk qarşılaşma məhsuldar oyunu ilə yadda qalmış və PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatmışdı. Münhendəki cavab görüşündə isə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.

Hazırda qarşılaşmada hesab 0:1, ümumi hesab isə 4:6-dır.

***

Oyunun 90+4-cü dəqiqəsində Harri Keyn fərqlənərək “Bayern”in qolunu vurub. Hazırda “Bayern” – PSJ matçında hesab 1:1-dir. Ümumi hesabda isə Paris təmsilçisi 6:5 öndədir. Bu qoldan sonra Münhen klubu fərqi azaltsa da, PSJ finala daha yaxın tərəf olaraq qalır.

Komandalar oyuna bu heyətlə başlayıblar:

“Bayern”: Noyer, Laymer, Tah, Upamekano, Stanişiç, Pavloviç, Kimmix, Luis Dias, Musiala, Olise, Keyn.

PSJ: Safonov, Nunu Mendeş, Paço, Markinyos, Zair-Emeri, Fabian Ruis, Vitinya, Joao Neveş, Kvaratsxeliya, Dembele, Due.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR