İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədən 1500 km uzaqlıqdakı Rusiya zavodları BELƏ VURULDU - VİDEO

961 25.06.2026 13:58 Dünya A A

Ukraynanın uzaqmənzilli əməliyyatları Rusiyanın müharibəni uzatmasına və Ukrayna şəhərlərinə endirdiyi zərbələrə dəqiq cavabdır.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, gecə saatlarında Müdafiə Qüvvələrinin bölmələri cəbhə xəttindən təxminən 300 km məsafədə yerləşən Krasnodar diyarındakı “Poltavskaya” neft bazasını vurub.

Səhər saatlarında isə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhə xəttindən 1500 km məsafədə, Ufa şəhərində yerləşən iki neftayırma zavoduna - “Başneft-Ufaneftexim” və “Başneft-Novoyl” zavodlarına zərbələr endirib.

Zelenski Ukraynanın “uzaqmənzilli sanksiyalar” planını icra etdiyini bildirib və Rusiyanı vaxt qazanmağa çalışmaq əvəzinə, “əsl diplomatiya” haqqında düşünməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR