İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF rəhbəri: Yaxın Şərq və Şimali Afrikada iqtisadi artım ləngiyəcək...

314 11.02.2024 23:56 Dünya A A

Neft hasilatının azalması və Fələstin-İsrail münaqişəsinin mənfi nəticələri səbəbindən 2024-cü ildə Yaxın Şərq və Şimali Afrikada iqtisadi artım yavaşlayacaq.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Dubayda (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, bu il Yaxın Şərq və Şimali Afrikada ÜDM artımının 2,9 faiz olacağını gözlənilir: “Bu da keçən illə müqayisədə yüksək, lakin hələ də oktyabr ayı proqnozumuzdan aşağıdır. Bu, əsasən, neft hasilatının qısamüddətli azaldılması, Qəzza zolağı ilə İsrail arasındakı münaqişə və hələ də lazım olan sərt pul siyasəti ilə bağlıdır”.

BVF rəhbəri regionun iqtisadi artımını ləngidən digər amillərlə yanaşı, ötən ilin noyabr ayından Yəmənin Ənsar-Allah üsyançı hərəkatı tərəfindən gəmiçilik marşrutlarının müntəzəm hücumlara məruz qaldığı Qırmızı dənizdəki eskalasiyanı göstərib. Onun sözlərinə görə, husilərin hərəkətləri yükdaşıma xərclərinin artmasına və Qırmızı dənizdən keçən tranzit həcmlərinin təxminən 50 faiz azalmasına səbəb olub: "Bu, son dərəcə qeyri-müəyyən məqam əvvəlki şoklardan sağalmaqda olan iqtisadiyyatların problemlərini daha da gücləndirir. Münaqişənin daha da genişlənməsi iqtisadi zərəri daha da ağırlaşdıracaq".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR