ABŞ prezidenti Donald Tramp Konqresin köməyi olmadan idxal tariflərini saxlamaq niyyətindədir.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Konqresdəki illik çıxışında danışıb: "Alternativ tarif sistemimiz hazır olacaq. Bunun üçün Konqresə ehtiyacımız olmayacaq".
Eyni zamanda Tramp son aylarda onunla ticarət müqavilələri imzalayan demək olar ki, bütün ölkələrin yenidən danışıqlar tələb etmədiyini bildirib.
Musavat.com






