İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin rəhbəri mətbuat konfransına sarğı ilə çıxdı - ilginc detallar

843 03.03.2026 21:55 Dünya A A

Litva prezidenti Gitanas Nauseda çərşənbə axşamı Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında sol əlində qançır və qaşında yüngül kəsik izi ilə ictimaiyyət qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı bir müddət əvvəl evdə məişət xəsarəti alıb. Prezident Administrasiyasının məlumatına görə, hadisədən sonra ona ilkin tibbi yardım göstərilib və o, Respublika Vilnüs Universitet Xəstəxanasına aparılıb. Burada prezidentin sol qolunun ön hissəsindəki cırılmış yara əməliyyat olunub. Prezident xəstəxanada bir gecə qalıb.

O bildirib ki, xəsarəti evdə təsadüfən yıxılarkən alıb. Prezidentin sözlərinə görə, hərəkət edərkən büdrəyib, yıxılarkən başını zərbədən qorumaq üçün əlini qabağa verib və iti əşyaya ilişərək qolunu ciddi şəkildə zədələyib.

“Yəqin ki, küçədə yüzlərlə insan yıxılır. Amma mən evdə, salonda büdrədim. Başımı sərt mebelə vurdum, zərbəni yumşaltmaq üçün əlimi qabağa uzatdım və başqa bir iti əşyaya ilişərək qolumun bir hissəsini cırdım. Siniri zədələmişəm – tam yox, amma ciddi şəkildə”, – deyə o bildirib.

Nausedanın sözlərinə görə, başındakı çapıqlar tezliklə sağalacaq. Lakin qolundakı zədə daha uzun müddətdə bərpa olunacaq. Çünki sinir zədələndiyi üçün barmaqlarında, xüsusilə orta barmağında keyimə yaranıb.

Prezident məsələni yumorla şərh edib: “Bəlkə də bu, yaxşıdır, məni nalayiq jestlər göstərməkdən qoruyar”.

O əlavə edib ki, ümumi sağlamlıq vəziyyəti pisləşməyib: “Özümü hətta bir qədər daha güclü hiss edirəm. Çünki bu hadisədən sonra immun sistemimi əvvəlkindən daha çox səfərbər etmişəm”.

Xatırladaq ki, prezidentin evdə məişət xəsarəti alması barədə ilk məlumat fevralın 22-də yayılmışdı. O zaman bildirilib ki, dövlət başçısına tibbi yardım göstərildikdən sonra əməliyyat aparılıb və vəziyyəti stabildir.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR