İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük oyun başlayır: Britaniya İrana qarşı ABŞ-nin yanında mövqe tutdu

976 21.03.2026 01:24 Dünya A A

Böyük Britaniya ABŞ-yə Hörmüz boğazında gəmi təhlükəsizliyinin təmin olunması məqsədilə öz hərbi bazalarından istifadə icazəsi verib.

Musavat.com xəbər verir ki, Baş nazirin ofisinin açıqlamasında qeyd olunur ki, ABŞ hərbçiləri Britaniyaya məxsus hərbi obyektlərdən istifadə edərək “mühafizə xarakterli missiyalar” həyata keçirə biləcəklər. Bu addım regionda artan hərbi-siyasi gərginlik fonunda atılıb.

Qərarın əsas məqsədi Hörmüz boğazından keçən beynəlxalq ticarət və enerji daşımalarının təhlükəsizliyini qorumaqdır. Məlum olduğu kimi, bu strateji su yolu dünya neft ixracının böyük hissəsinin keçdiyi əsas marşrutlardan biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR