İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bizi yoxlayıb, İran parlamentinə buraxdılar, hamı İsrailə lənət qışqırırdı" - Tehrandan dönən jurnalistin yazısı

696 02.08.2024 14:00 Yazarlar A A

Andiçmə mərasimin yoxsa, yeni savaşın elan edildiyi məkan?!

3 gündür ki, dünyanın yuxusu ərşə çəkilib. İran matəm çadırları quraraq, HƏMAS lideri İsmayıl Haniyənin ölümünə yas saxlayır.

Real mənzərə onu deməyə əsas verir ki, bəşəriyyət 3-cü dünya müharibəsinə hazırlıq mərhələsindədir.

Əslində Birinci Dünya müharibəsi də belə başlamışdı.

Serb-boşnak inqilabı təşkilatının üzvü olan Qavrilo Prinsipin Avstriya-Macarıstan imperiyasının vəliəhdi hersoq Frans Ferdinandı öldürməsi müharibəyə səbəb olmuşdu.

HƏMAS liderinin Tehrandakı iqamətgahında öldürülməsi eynilə Frans Ferdinanda edilən sui-qəsdə oxşayır.

Haniyənin öldürülməsi rəsmi Tehranı həm də beynəlxalq aləmlə qarşı qarşıya qoydu.

İyulun 30-da İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində bəzi diqqətçəkən detalları qeyd etmək istəyirəm.

Bakı vaxtilə təxminən saat 3 idi. Dünyanın bir çox ölkələrinin media nümayəndələri İran parlamentinə (İran İslam Şura Məclisi) doğru istiqamət alırdı. Azərbaycan mediası olaraq biz də uzun yoxlamadan sonra İran parlamentinə daxil olduq. Yerlərimizə keçəndən sonra dünya liderlərini gözümüz axtarırdı. Heç şübhəsiz ki, dəvət olunan qonaqların qarşılanma anını da diqqətlə izləyirdik.

Siyasi cameədə dillə ürəyin harmoniyası daha aydın görünür. Elə bu səbəbdən də gözümüz ev sahibinin üzərində idi. İranın əziz qonağı kimdir, dəvət xətrinə dəvət olunan kim? Hər halda, bədən dili çox söz deyir. Məsələn, Pezeşkianin andiçmə mərasimində HƏMAS liderinin sağ əlini yuxarı qaldırması kimə açıq mesaj idi? Hər halda, zalın andiçmə mərasimindən çox yeni müharibə dalğasına hazırlıq törəninə oxşadığını söyləmək olar.

İran parlamentinin tribunasında çıxış edən parlament sədri gərgin və həyəcanlı görünürdü. Bu, səsindəki qəzəbdən də hiss olunurdu. Ümumilikdə çıxışlarda daha çox İsrail dövləti hədəf alınmışdı. Zalda əyləşənlərin ayağa qalxaraq bir ağızdan İsrailə lənət yağdırması həm də hərbi mesaj idi. Əminliklə deyə bilərəm ki, mənim kimi bir çoxları “İsrailə lənət” şüarlarının yaxşı sonluqla bitməyəcəyi qənaətində idi. Bir növ yeni qurulan İran hökuməti üçün saat tərsinə dövr edirdi.

Elə andiçmədən sonra Haniyənin Tehrandakı iqamətgahda öldürülməsi da bunu təsqidlədi. Bu proses birmənalı olaraq İranı qanlı meydana aparır. Həm də rəsmi Tehran üçün Yaxın Şərqin qanlı epoxasında yeni dövr başlayır.

Dünya ölkələrindən olan təmsilçilərin bir araya gəlməsi regional və qlobal məsələlərin həlli baxımından da xüsusi rola malik ola bilərdi. Təxminən bütün ehtimallar və gözləntilər eyni suallar ətrafında fırlanırdı. Görəsən yeni prezidentin İranla bağlı konsepsiyasında hədəf nələrdən ibarət olacaq?! Region dövlətlərilə əməkdaşlığın yeni erasına start veriləcəkmi? Suallar çox idi.

İnaqurasiya mərasimində bütün diqqət Məsud Pezeşkianın nitqinə dikilmişdi. Ələlxüsus, region üçün səsləndirdiyi fikirlərin özündə bir çox mətləbləri ehtiva etdiyini söyləmək olar.

Birinci məsələ ölkə iqtisadiyyatının prioritet olması ilə bağlı idi ki, yeni prezident çıxışında bunu bir neçə dəfə qabartdı. Bu isə milli maraqların qorunması əsas olmaqla, qonşularla əlaqələri gücləndirməyə xidmət edəcəkmiş kimi görünür.

Regional problemlərə gəlincə, Pezeşkian bütün regional oyunçuların iştirakı ilə problemləri həll etməyə çağırış etdi. Bu çağırış bir neçə istiqamətə yozula bilər. Kənar qüvvələrə qarşı region dövlətlərinin birliyindən tutmuş, yeni oyunçuların cəlb edilməsinə qədər. Hər halda, gedişat gizli məqamları bir-bir ortaya çıxaracaq.

Xülasə, andiçmədə problemlərin həlli üçün fikirlər səslənsə də, siyasi depressiyanın içində havasızlıqdan boğulan İranın bir daha təhlükəsizlik məsələsində zəif olduğu ortaya çıxdı. Tehran küçələrində də bunu aydın formada müşahidə etmək mümkündür. Üstəlik İranın beynəlxalq arenada çevrəsi daraldıqca, səbri də tükənir.

Bir sözlə, andiçmə mərasimindən bu yana, regionu yeni müharibə qoxusu bürüyüb. Bu isə heç də xoş olmayacaq.

Снимок-23.JPG (25 KB)

Namidə Bingöl,
Real Tv-nin aparıcı müxbiri
Bakı-Tehran-Bakı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR