İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizə 5 il lazımdır, sonra Azərbaycan şikayətlənəcək”

4512 11.06.2023 23:40 Son xəbər A A

“Ermənistan çox ağrılı addımla razılaşdı, çünki strateji müttəfiqimiz (Rusiya nəzərdə tutulur – red.) bizim üçün ən əlverişsiz həll yolunun tərəfdarıdır”.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Aram Sərkisyan deyib.

O bildirib ki, Azərbaycana təsir etmək və hərbi balansı bərpa etmək iqtidarında olan yeni müttəfiqlər bir çox yerlərdə belə bir həlldən istifadə ediblər və xoşbəxtlikdən, nəticələr pis deyil:

“Ermənistana daha 3-5 il zəmanətli sülh lazımdır, əminəm ki, bundan sonra Azərbaycan sərhəddəki toqquşmalardan, qeyri-sabitlikdən şikayətlənəcək”.

Rusiyanın uduzacağına əminliyini ifadə edən Sərkisyan sonra “növbənin” Azərbaycana gələcəyini iddia edib.

O, regional iqtisadi-siyasi formata qarşı da çıxıb:

“3+3 formatlı proqramlarla Qərbi regiondan sıxışdırmağa çalışan liderlər bağışlanmayacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR