İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadıldı

665 02.10.2023 18:27 Son xəbər A A

İctimai fəal Bəxtiyar Hacıyev barəsində növbəti dəfə məhkəməyə təqdimat verilib.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda prokuror iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdiyini əsas gətirərək seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən B.Hacıyevin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR