İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının adı Rusiyaya qarşı siyahıda...

1166 22.12.2023 09:27 Siyasət A A

Avropa Birliyinin Azərbaycanı Rusiyaya qarşı qoymaq cəhdi - Zaxarova açıqladı

Avropa Şurasının saytında “Avropa Maqnitski siyahısı”nın bir il müddətinə uzadılması ilə bağlı Avropa Şurasının qərarına Avropa İttifaqına daxil olmayan 10-dan çox ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın qoşulduğu barədə xəbər yayılıb. Lakin bir neçə saat sonra Azərbaycan və Ermənistan bu siyahıdan çıxarılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın adının qərarı dəstəkləyən ölkələr siyahısına daxil edilməsi və çıxarılmasına münasibət bildirib. “Orijinal versiyada Azərbaycan və Ermənistan üçüncü ölkələr siyahısında yer alıb. Lakin bir müddət sonra onlar möcüzəvi şəkildə oradan yoxa çıxıblar. Əlbəttə, mənim fikrimcə, bu sualı Brüssel sehrbazlarına ünvanlamaq daha düzgün olardı, çünki bu, həqiqətən bir növ sehrdir. Bu, sənədlərinizin müxtəlif versiyaları ilə hoqqabazlıq edir. Brüsselin anti-Rusiya məhdudiyyətlərinə beynəlxalq normalara uyğunluq görüntüsü vermək cəhdləri qarmaq və ya fırıldaqçılıqla üçüncü ölkələri öz sanksiya tədbirlərinə cəlb etmək cəhdləri boş, qeyri-konstruktiv, əbəs hərəkətdir. Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasından yayınaraq qəbul etdiyi birtərəfli məhdudlaşdırıcı tədbirləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Onun sözlərinə görə, “bu, Brüssel siyasətində neokolonial təfəkkürün təzahürünün ən bariz nümunəsidir və ABŞ başda olmaqla, Brüsselin himayəsi altında Qərb ictimaiyyətinin birbaşa olaraq bu prosesə qarışmaq istəmədiyi şeydir”.

“Yeganə məqsəd ölkəmizin yaxınlığında anti-Rusiya mövqelərində möhkəmlənmək istəyidir”, - deyə  o, brifinqdə bildirib.

Oxu.az - Tələbəsi ilə eşq yaşadığı deyilən Elman Nəsirov məhkəmədə uduzur?  – Vəkildən şok AÇIQLAMA

Elman Nəsirov

YAP-çı deputat Elman Nəsirov rəsmi Bakının bu məsələdə mövqeyinin fərqli olduğunu bildirdi: “Məlum olduğu kimi, Avropa İttifaqı Şurası "Maqnitski siyahısı"nın üç il müddətinə, 2026-cı il dekabrın 8-dək uzadılması barədə qərar qəbul edib və həmin qərarda birliyə daxil olmayan 11 ölkənin də adı daxil edilib. Həmin ölkələr sırasında da Azərbaycan və Ermənistanın adı çəkilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər iki ölkənin adı da bu qərarın lehinə səs vermiş kimi çəkilir. Sonradan Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistanın adını siyahıdan çıxarıb. Bu hadisə də təbii ki, çoxsaylı suallar yaradır. Məlum olduğu kimi, Amerika 2012-ci ilin dekabr ayında Rusiyaya qarşı “Maqnitski aktı” qəbul edib. Bu Rusiyada insan hüquqlarının kobud şəkildə pozulduğunu nəzərdə tutan aktdır. 2016-cı ilə isə, bu akt qloballaşdı və qlobal “Maqnitski aktı” qəbul edildi. Bu akt təkcə Rusiya ilə kifayətlənmir, eyni zamanda, insan hüquqlarının pozulmasında ittiham etdiyi İranı da, Çini də, Şimalı Koreyanı da, Suriyanı da əhatə edir. Düzdür, Rusiya da bunun qarşılığında Amerikaya qarşı qanun qəbul edib. İndi faktiki olaraq, Rusiya və Amerika arasındakı düşmənçilik fonunda həmin “Maqnitski qanunu”nun daha üç il uzadılmasını həyata keçirməklə əslində ABŞ Rusiyaya qarşı təzyiqləri artırır və bura digər ölkələri də cəlb etmək istəyir. Burada 11 dövlətin adının çəkilməsi də eyni məqsədə xidmət edir. Azərbaycanın bu məsələdə mövqeyi fərqlidir. Biz müstəqil dövlətik. Birləşmiş Ştatlarla Rusiya arasındakı bu sanksiyalar müharibəsində iştirak etmək niyyətimiz də yoxdur. Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq əməkdaşlığı var, eyni münasibət Birləşmiş Ştatlara da aiddir. Azərbaycan, sadəcə, Avropa İttifaqı və onun yüksək rütbəli məmurlarının başda xarici siyasətə cavabdeh Cozep Borrelin belə yanaşmalarını qəbul etmir. Azərbaycan və Ermənistandan istifadə etməklə adlarını “Maqnitski siyahısı”na salmaqla Rusiya ilə münasibətləri gərginləşdirmək niyyəti güdürlər. Görəndə ki, bu dövlətlər xəbərləri olmadan siyahıya salınıblar, məcbur olub siyahıdan çıxarıblar. Bu, sadəcə, siyasi manipulyasıyadır. Bunun başqa adı da yoxdur".  

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli ilk öncə bu akt barədə qısa məlumat verdi: “Əvvəla onu deyim ki, "Maqnitski aktı" deyə bilərsiniz ki, ilk dəfə 2012-ci ildə ABŞ-da qəbul edilib. Qanun 2009-cu ildə Moskvanın “Matrosskaya tişina” həbsxanasında dünyasını zorakılıqla dəyişmiş vergi məsləhətçisi Sergey Maqnitskinin adını daşıyır. Siyahıda bir sıra yüksək vəzifəli Rusiya məmurları yer alır. Onların içində Rusiya penitensiar xidmətinin keçmiş başçısı Aleksandr Kalaşnikovun, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin, baş prokuror İqor Krasnovun və Rusiya Qvardiyasının rəisi Viktor Zolotovun adları var. “Maqnitski siyahısı” Rusiya, İran, Şimali Koreya, Suriya və başqa dövlətlərin güc strukturlarının və şirkətlərinin Avropadakı aktivlərinin dondurulmasını, bu ölkələrdən olan insan haqları pozucularının ittifaq ərazisinə girişinin qadağasını nəzərdə tutur. Ermənistan və Azərbaycan Avropa İttifaqının "Maqnitski siyahısı"nın müddətinin 8 dekabr 2026-cı ilədək - daha üç il uzadılmasını dəstəkləyən ölkələrin siyahısından çıxarılıblar. Avropanın "Maqnitski siyahısı"nın müddətinin uzadılmasına tərəfdar ölkələrin siyahısında Gürcüstan da yoxdur. Əvvəl Borrel tərəfindən siyahıya salınıb, sonra isə çıxarılan Cənubi Qafqaz respublikaları, görünür, hansısa siyahıya görə yaxın qonşuları Rusiya ilə münasibətləri korlamaq istəməyiblər. Bu da təbiidir. Hər ölkənin öz maraqları var, balaca ölkələrin belə. Müstəqillik illəri dövründə Azərbaycan Rusiya ilə ən taraz münasibətilərini yaşayır. Saakaşvilidən sonra Gürcüstan Rusiya ilə münasibətləri düzəldib. Ermənistanın düşdüyü vəziyyəti nəzərə alsaq, görərik ki, hiyləgər ermənilər eyni vaxtda yenə bir neçə stulda oturmaq istəyirlər".

Regionda YENİ GÜC:

Rusif Məmmədsoy 

Politoloq Rusif Məmmədsoy hesab edir ki, hazırda dünyada çox mürəkkəb situasiya hökm sürür: “Avropa İttifaqı Azərbaycanı da siyahıya əlavə etməklə əslində Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsində maraqlı görünür. Aydındır ki, Rusiyanın Azərbaycana etdiklərini hər birimiz çox gözəl bilirik. Lakin bizim üçün daha vacib məsələ dövlətin milli və təhlükəsizlik maraqlarıdır ki, bu da bu gün üçün Rusiya ilə münasibətləri gərginləşdirməməyi özündə ehtiva edir. 

Digər aktual sual isə ondan ibarətdir ki, Qərb Rusiyanı hədəf alarkən bölgə ölkələrini düşünmür. Bunu anlamaq üçün yaxınlığımızda təcrübələr var. Biz bölgədə qarşıdurma istəmirik. Bununla yanaşı isə Azərbaycanın mövqeyi açıq və aydındır. Azərbaycan Rusiya-Ukrayna savaşında açıq şəkildə Ukraynaya humanitar yardımlar göndərir. Bəs Ermənistan nə edir? Bunun da cavabı olduqca sadədir. Ermənistan hazırda Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün platsdarm rolunu oynayır. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin son məqaləsi də bütün bunları sübut edir. Sadəcə bu da deyil. Məsələn, Avropa İttifaqı Slovakiyaya icazə verir ki, Rusiyadan nefti alsın və məhsulları Çexiyaya ötürsün. Və yaxud da Almaniya Rusiyadan qaz həcmini artırır. Nə qədər qəribə səslənsə də, bunlar faktdır. Bütün bunların fonunda isə Azərbaycan üçün prioritet öz milli və təhlükəsizlik maraqlarıdır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR