İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yol qəzası olub, gənc qadın ölüb

767 16.01.2023 09:56 Hadisə A A

Bakıda yol qəzası olub, gənc qadın ölüb.

"Report" xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi-Mehdiabad yolunda qeydə alınıb.

Belə ki, Xədicə Allahverdiyevanın idarə etdiyi "Mercedes" markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə sonuncu avtomobildə sərnişin olan 1995-ci il təvəllüdlü Xumarǝ Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə müxtəlif dərəcəli xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR