İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda uşaq evində nələr baş verir? - Səs yazısı yayıldı - VİDEO

983 14.01.2023 14:33 Hadisə A A

Günəşli qəsəbəsində yerləşən 2 saylı körpələr evində uşaqlara zor tətbiq olunduğu iddia edilir.

Musavat.com ictimai tv-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə səs yazısı yayılıb.

İddialara görə, sözügedən səs yazısı 2 saylı uşaq evinin direktoruna aiddir. Səsi yayan şəxs bildirir ki, 18 yaşına kimi həmin uşaq evində qalıb, orada qanunsuzluğu lentə alıb ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təzyiqə məruz qalıb. O, təzyiqlər səbəbindən hazırda anası ilə birgə yaşayır.

Məsələ ilə bağlı uşaq evinin direktoru Sevda Hacıyeva bildirib ki, səs yazısının ona heç bir aidiyyatı yoxdur:

"O videonu yayan Mirəli Quliyevdir. Hazırda 19 yaşı var. Buna baxmayaraq, o, hələ də uşaq evində yaşayır. Onlar Zəngilan rayonundan məcburi köçkün olan iki qardaşdılar. Bu səbəbdən də dövlət analarına 2 otaqlı mənzil verib. Lakin bu uşaq özünə məndən ev tələb edir".

Mirəlinin anası isə deyir ki, direktor oğlunun məsələsini yubadır.

Daha ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR