İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qohumunun evindən 20 min manatlıq oğurluq etdi

666 12.05.2026 12:17 Kriminal A A

Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Musavat.com xəbər verir ki, Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR