İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda QƏRİBƏ HADİSƏ: Azyaşlı maşın yolunda motosiklet sürdü – VİDEO

1427 18.01.2023 11:01 Hadisə A A

Bakıda avtomobil yolunda qəribə hadisə baş verib.

Musavat.com xəbər verir ki, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində lentə alınan videodan görünür ki, təxminən 4-5 yaşlı uşaq avtomobillərin sıx hərəkət etdiyi yolda motosiklet sürür. Bunu görən yaşlı kişi uşağı yoldan çıxarmağa çalışsa da, sonradan yoluna davam edir. Görüntünü lentə alan şəxsin təxmininə görə uşağın valideyni arxadan gələn nəqliyyat vasitəsində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Musavat.com-un sorğusuna cavabında bildirib ki, sosial şəbəkədə yayılan bu videodan məlumatlıdırlar: “Araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR