İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın mərkəzində şok kadrlar: bir addımlıq faciə kameraya düşdü: "Sizin etdiyiniz cahillikdi" - VİDEO

759 14.06.2026 02:09 Hadisə A A

Paytaxtın mərkəzi küçələrindən birində bu axşam çəkilmiş görüntülər sosial narahatlıq doğurub.

Musavat.com-a təqdim olunan videoda bir qrup gəncin avtomobillərin intensiv hərəkət etdiyi yolda təkərli xizəklərlə (roller konki ilə) hərəkət etməsi əks olunub.

Görüntüləri redaksiyamıza ölkənin məşhur doktorlarından biri göndərib. Kadrlardan görünür ki, gənclər nə səkidən, nə də təhlükəsiz istirahət və idman məkanlarından istifadə edir. Onlar birbaşa nəqliyyat axınının içərisində hərəkət edərək həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini risk altına qoyurlar.

Videoda gənclərin avtomobillərin arasında sürətlə hərəkət etməsi, bəzi hallarda isə maşınlara təhlükəli dərəcədə yaxınlaşması diqqət çəkir. Xüsusilə gecə saatlarında görünmə məsafəsinin məhdud olduğu şəraitdə belə davranışın faciə ilə nəticələnə biləcəyi vurğulanır.

Mütəxəssislərin fikrincə, roller konkilər idman və istirahət vasitəsi olsa da, onların avtomobil yollarında istifadəsi ciddi təhlükə yaradır. Ani tarazlıq itkisi, sürücünün gözlənilməz manevri və ya kiçik bir texniki səhv ağır qəza ilə nəticələnə bilər.

Videonun sonunda görüntüləri qeydə alan şəxs gənclərə irad bildirərək onların həyatlarını təhlükəyə atdıqlarını qeyd edir. O, “Bu etdiyiniz cahillikdir, maşının altında qala bilərsiniz” sözləri ilə hər kəsin ürəyindən keçən iradı bildirir.

Qeyd edək ki, son illər paytaxtda müxtəlif fərdi hərəkət vasitələrindən istifadə geniş yayılsa da, yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl olunmaması həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır.

Musavat.com həmin görüntüləri təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR