Rusiyada terror təşkilatının tərəfdarı olan məhkumun Qurban bayramı günlərində cəzaçəkmə müəssisəsinin əməkdaşlarına qarşı terror aktı törətmək niyyətinin qarşısı alınıb.
Musavat.com xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ulyanovsk vilayətində yerləşən cəzaçəkmə müəssisələrindən birində terror aktının qarşısının alındığını açıqlayıb.
Məlumata görə, həmin şəxs bayram günlərində müəssisə əməkdaşlarını öldürməyi planlaşdırıb.
FSB bildirib ki, məhkum digər məhkumlardan təcrid olunub və başqa müəssisədə saxlanılır.
Musavat.com






