İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ - SİYAHI

1330 13.06.2026 22:40 Ölkə A A

Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, iyunun 16–19-da baş tutacaq tədbirlə əlaqədar aşağıdakı parklanma sahələrinin bir hissəsi fəaliyyət göstərməyəcək:

Təbriz küçəsi (P10640)

İzzəddin Həsənoğlu küçəsi (P11053)

Bülbül prospekti (P90055)

Füzuli küçəsi (P90217)

Zərifə Əliyeva küçəsi (P90242)

Rixard Zorge küçəsi (P98202 və P90202)

Məhdudiyyətlər 15 iyun 2026-cı il saat 20:00-dan etibarən tətbiq ediləcək və 20 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR