İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya SSRİ-yə çevrilir: Tatarıstandan Rostova qədər... FOTO

3075 14.06.2026 00:48 Dünya A A

Rusiyanın bəzi bölgələrində yanacaq satışına məhdudiyyətlər tətbiq olunub, yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

Musavat.com xəbər verir ki, Tatarıstanda bəzi yanacaqdoldurma məntəqələrində ajiotajın qarşısını almaq məqsədilə yanacaq alışına müvəqqəti limitlər qoyulub. Bunun fonunda bir sıra məntəqələrdə uzun növbələrin yarandığı bildirilir.

Yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu və məhdudiyyətlərin yalnız ayrı-ayrı məntəqələrdə tətbiq edildiyini açıqlayıb.

Bəzi məlumatlara görə, Rostov vilayətində yaranan problemlərin səbəblərindən biri yanacağın kütləvi şəkildə alınıb işğal altındakı Krım və Donbas istiqamətinə aparılmasıdır. Yerli sakinlər yanacağın daha yüksək qiymətə satılması üçün bölgədən çıxarıldığını və bunun nəticəsində bəzi yanacaqdoldurma məntəqələrində qıtlıq yarandığını bildirirlər.

Qeyd edək ki, SSRİ-nin son illərində də yanacaq və müxtəlif istehlak mallarının qıtlığı səbəbindən talon sistemi, satış limitləri və uzun növbələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Məhz bu səbəbdən Rusiyada yanacaq satışına qoyulan yeni məhdudiyyətlər həmin dövrü xatırlatdığı barədə müzakirələr aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR