İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibsiz itlər çəkiliş zamanı müxbirə hücum etdi - VİDEO

1356 13.06.2026 21:58 Ölkə A A

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Saray qəsəbəsində sahibsiz itlərin hücumu nəticəsində 14 yaşlı yeniyetmə xəsarət alıb.

Hadisə qəsəbənin Qasım bəy Zakir küçəsində qeydə alınıb.

Məlumata görə, Turabov Mübariz Amid oğlu velosiped sürərkən qəfil bir neçə itin hücumuna məruz qalıb. Küçə itləri yeniyetmənin ayaq və qol nahiyələrini dişləyərək ona ciddi xəsarətlər yetiriblər. 

Hazırda 14 yaşlı uşağın Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilir. Həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirirlər.

Musavat.com xəbər verir ki, hadisənin baş verdiyi ərazidə reportaj hazırlayan "Xəzər TV"nin əməkdaşı Nizami Rəsulov da çəkiliş zamanı sahibsiz itlərin hücumuna məruz qalıb. 

Hadisənin video görüntülərini təqdim edirik:



İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR