İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur çimərlikdə yeni qadağa: Çətir açmaq üçün 65 yaş

1154 14.06.2026 02:44 Dünya A A

İtaliyanın məşhur çimərliklərindən birində tətbiq edilən yeni qayda turistlərin diqqətini cəlb edib.

Musavat.com xəbər verir ki, İtaliyanın Sardiniya adasının cənub sahillərində yerləşən Punta Molentis çimərliyində 10-65 yaş arası şəxslərə çətir, tent və digər kölgə yaradan qurğuların quraşdırılması qadağan edilib. Yalnız 10 yaşdan kiçik uşaqları olan ailələrə və 65 yaşdan yuxarı şəxslərə bir ədəd çətirdən istifadə etməyə icazə verilir.

CNN-in məlumatına görə, qərar ötən il bölgədə baş verən yanğınla əlaqədar qəbul olunub. Həmin vaxt çimərlikdə çox sayda çətirin olması səbəbindən quru yolla təxliyə mümkün olmayıb və onlarla istirahətçi qayıqlarla ərazidən çıxarılıb.

Villasimius bələdiyyəsinin nümayəndəsi bildirib ki, yeni qayda məhz həmin yanğın zamanı yaranan çətinliklərdən sonra tətbiq edilib.

Bundan əlavə, iyunun 5-dən oktyabrın sonunadək çimərliyə giriş ödənişli olacaq. Əlillər və onları müşayiət edən şəxslər istisna olmaqla, bütün ziyarətçilər 10 avro ödəməli olacaqlar.

Qeyd edək ki, Sardiniyada daha əvvəl də qeyri-adi qadağalar tətbiq olunub. Belə ki, çimərlikdən qum aparmağa görə 3,5 min dollara qədər cərimə nəzərdə tutulur. Bir sıra sahil şəhərlərində isə istirahətçilərdən qumun təsadüfən aparılmaması üçün dəsmallar əvəzinə saman həsirlərdən istifadə etmələri tələb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR