İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyin interneti belə olacaq - Dünyada ilk dəfə

242 14.06.2026 02:05 Texnologiya A A

Çin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində daha bir yeniliyə imza atıb. Şanxay sahillərində dünyanın ilk külək enerjisi ilə işləyən sualtı məlumat emalı mərkəzi fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, Lingang adlı sualtı məlumat mərkəzi Şanxay sahillərindən təxminən 10 kilometr aralıda, 10 metr dərinlikdə yerləşir. Obyekt yaxınlıqdakı dəniz külək elektrik stansiyalarından enerji alır və dəniz suyunun təbii soyutma imkanlarından istifadə edir.

Bu texnologiya ənənəvi quru məlumat mərkəzləri ilə müqayisədə enerji sərfiyyatını 20 faizdən çox azaltmağa imkan verir. Mütəxəssislərin sözlərinə görə, serverlərin dəniz suyunun hesabına soyudulması əlavə enerji xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Layihənin ümumi gücü 24 meqavatdır. Mərkəz süni intellekt sistemləri, böyük verilənlərin emalı və digər yüksək hesablama tələb edən texnologiyalar üçün nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, məlumat mərkəzlərinin enerji və su istehlakı sürətlə artdığı bir dövrdə sualtı data mərkəzləri gələcəyin əsas həllərindən birinə çevrilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR