Model və müğənni Tuğba Özay Antalyada yerləşən 10 hektarlıq ferması ilə bağlı diqqətçəkən açıqlama verib.
Özay dəyəri milyonlarla ölçülən əmlakını ölümündən sonra dövlət qurumlarından birinə bağışlamağı vəsiyyət etdiyini bildirib.
İllər əvvəl, 1997-ci ildə Antalyanın Manavqat rayonunda aldığı geniş ərazinin onun üçün yalnız maddi deyil, həm də mənəvi dəyər daşıdığını vurğulayan Özay fermanın ailə xatirələri ilə bağlı olduğunu qeyd edib.
“İstəsəm, onu satıb İstanbulun ən gözəl yerində malikanə ala bilərəm, amma satmayacağam”, – deyə o bildirib.
Sənətçi fermanın atası ilə bağlı xatirələri yaşatdığını və bu səbəbdən onu qorumaq istədiyini deyib.
Özay həmçinin ölümündən sonra həmin əmlakın dövlət qurumlarından birinə bağışlanmasının şəxsi vəsiyyəti olduğunu açıqlayıb.//Qafqazinfo






