İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda AĞIR QƏZA: ölən və yaralananlar var -FOTOLAR

971 18.01.2023 11:21 Hadisə A A

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Orucov Firdovsi Teymur oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə KIA markalı maşın toqquşub.

İdarəetmədən çıxan “Opel” yol kənarında dayanan orta yaşlı kişini vurub.

Daha sonra F.Orucovun maşını “Nissan” markalı nəqliyyat vasitəsinə dəyərək dayanıb.

Qəza nəticəsində yol kənarında dayanan piyada hadisə yerində ölüb.

F.Orucov və KIA markalı avtomobilin sərnişini, 1991-ci il təvəllüdlü Bayramlı Məhəmməd Süleyman oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR