İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı SON nöqtəni qoydu - Referendumsuz Ermənistanla sülh sazişi...

869 09.07.2026 17:08 Siyasət A A

Xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında Ermənistan-Azərbaycan sülh sazişi, eyni zamanda delimitasiya və demarkasiya prosesi barədə açıqlamalar verib. Nazir növbəti dəfə vurğulayıb ki, sülh sazişinin yekunlaşdırılması ilə bağlı Azərbaycanın üzərinə düşən bütün işlər tamamlanıb.

“Sülh sazişinin mətni paraflanıb. Sazişin mətni paraflandıqdan iki gün sonra ictimaiyyətə açıqlandı. Hər kəs Preambula və 17 maddəlik mətnlə tanış ola bilər. Azərbaycan tərəfinin yanaşması ardıcıl və prinsipialdır. Cənab Prezident çoxsaylı çıxışlarında dövlətimizin buna dair rəsmi mövqeyini bildirib. Prezident bildirib ki, bizim bu istiqamətdə gözləntimiz Ermənistan Konstitusiyasında Azərbaycana dair ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra heç bir əlavə məhdudiyyət yoxdur, sülh sazişi imzalana bilər”, - deyə C.Bayramov vurğulayıb.

 Top-center.org - Topchubashov Center

Topçubaçov mərkəzinin direktoru, politoloq Rusif Hüseynov nazirin fikirlərini Musavat.com-a şərh edib. R.Hüseynov hesab edir ki, C.Bayramovun sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyinin qətiyyətli olduğunu vurğulaması təsadüfi deyil: “Parlament seçkilərindən sonra həm Ermənistan daxilində, həm də müəyyən Qərb çevrələrində iddialar ortaya çıxıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini referendumsuz da imzalaya bilər yaxud ən azı bu istiqamətdə Azərbaycana təzyiq etmək lazımdır. Buna görə də Azərbaycan rəhbərliyi hər fürsətdə vurğulayır ki, konstitusiya referendumu ilə bağlı mövqe qətidir, çünki bu, Bakı və İrəvan arasında əvvəldən razılaşdırılıb. Bu məsələdə geri addım atılmayacaq.

Parlament seçkilərindən bir ay zaman keçməsinə baxmayaraq, konkret addımların atılması hələ ki, gözlənilən deyil, Ona görə ki, Ermənistanda parlament tam formalaşmayıb, müxaliflərin həbsi davam edir”.

R.Hüseynov qeyd edib ki, Ermənistanda hökumətin formalaşması müəyyən vaxt aparacaq: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfər etməsi, ümumiyyətlə, seçkidən sonra Ermənistana səfər edən ilk xarici yüksək səviyyəli şəxs olması Azərbaycan üçün seçkilərin nəticəsinin hansı məna verdiyini göstərir. Bakı İrəvana sülh prosesini davam etdirməkdə qətiyyətlidir. Hesab edirəm ki, Ermənistan mesajı alıb. Biz sadəcə olaraq, orada hökumətin formalaşmasını, sabitliyin təmin olunmasını gözləməliyik”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR