Türkiyənin tanınmış aktyoru Settar Tanrıöğenin yeni layihəsi bəlli olub.
Musavat.com xəbər verir ki, aktyor "Düğünümüz var" adlı yeni serialın aktyor heyətinə qoşulub. O, ekran işində "Osman" obrazını canlandıracaq. Tanrıöğenin tərəf müqabili isə Türkiyənin sevilən aktrisalarından Binnur Kaya olacaq.
Yeni serialın heyətində Eda Ece və Şevval Sam kimi məşhur aktrisalar da yer alacaq. Güclü aktyor heyəti ilə diqqət çəkən layihənin yeni televiziya mövsümünün iddialı ekran işlərindən biri olacağı gözlənilir.
Qeyd edək ki, Settar Tanrıöğen son illərdə "Kızılcık Şerbeti" və "Kızıl Goncalar" kimi reytinqli seriallardakı uğurlu performansı ilə tamaşaçıların rəğbətini qazanıb. Xüsusilə "Kızılcık Şerbeti"ndə canlandırdığı Abdullah Ünal obrazı aktyorun ən yaddaqalan rollarından biri hesab olunur.
"Düğünümüz var" serialının yayım tarixi və digər aktyor heyəti ilə bağlı yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.






